Daha çox hərəkət – daha yaxşı həyat
Şüar deyil bizim vədimizdir

Pilates alman əsilli Jozef Pilatesin adı ilə bağlıdır. Onun bu idman növünü yaratmaqda məqsədi bədən, qamət quruluşunun tənzimlənməsi olub. Pilatesdə əsas məqsəd onurğa sağlamlığıdır.İnsanlar kompüter qarşısında oturur və onurğasında skalioz, oynaq xəstəlikləri yaranır. Pilateslə bu problemlər öz həllin tapır. Pilateslə məşğul olanda doğru nəfəs alıb-veririk, ruhumuzu dincəltməyə kömək olur, eyni zamanda, fit bədən quruluşuna malik oluruq. Bədən tez bir vaxtda sıxlaşa bilir.Pilates əsasən bədənin elastikliyini və əzələ gücünü artırır. Bədən ağrılarına faydalıdır, duruş pozğunluqlarını aradan qaldırır, tənəffüs nəzarətini təmin edir, motivasiyanı artırır, psixi sağlamlığı tənzimləyir və insana yüksək enerji verir. Mat pilatesi ev şəraitində fərdi şəkildə də etmək mümkündür. Bundan başqa Reformer və cadillac alətlərində pilates zalında məşqçinin köməkliyi ilə də pilates etməyiniz mümkündür.Reformer pilates son zamanlar daha çox istifadə olunan pilates növüdür. Son dövrün ən çox sevilən idmanlarından biri olan Reformer Pilates, itirdiyiniz enerjini geri qaytararaq bədəninizin uzanmasına, güclənməsinə imkan verən xüsusi hazırlanmış alətlə tətbiq edilən məşq hərəkətləridir. Fiziki müalicə və reabilitasiya üsulu kimi ortaya çıxsa da, bu məşq ilk növbədə onurğa və skelet sağlamlığı üçün son dərəcə faydalıdır.Reformer ilə 100-dən çox məşq hərəkəti etmək olar. Bütün bu hərəkətlər həm zehni, həm də fiziki inkişafınızı dəstəkləyir Pilatesin sağlamlıq faydalarını saymaqla bitirmək olmaz. Bir neçəsini nəzərinizə çatdırıram.Təkmilləşdirilmiş elastiklik,artan əzələ gücü və tonusu, xüsusən qarın əzələləriniz, aşağı arxa, kalça və omba (bədəninizin “əsas əzələləri”)<br>bədəninizin hər iki tərəfində balanslaşdırılmış əzələ gücü kürəyinizin və əzalarınızın gücləndirilmiş əzələ nəzarəti onurğanızın təkmilləşdirilmiş sabitləşməsi,təkmilləşdirilmiş duruş əzələ disbalansı ilə bağlı zədələrin reabilitasiyası və ya qarşısının alınması,təkmilləşdirilmiş fiziki koordinasiya və balans çiyinlərinizin, boynunuzun və yuxarı arxanın rahatlaması oynaq və onurğa zədələrinin təhlükəsiz reabilitasiyası<br>kas-iskelet sistemi zədələrinin qarşısının alınması dərin tənəffüs yolu ilə ağciyər tutumu və qan dövranı artır. Pilates qarın nəzarəti və düzgün nəfəsdən istifadə edərək yavaş, davamlı bir sıra məşqlərdən keçməkdən ibarətdir. Hər bir duruşun keyfiyyəti təkrarların sayından və ya nə qədər enerjili hərəkət edə bildiyinizdən daha vacibdir. Pilates, əsasən bədənin core adlanan qarın, bel və çanaq əzələlərini hədəfləyərək bu bölgələri gücləndirir. Güclü core bölgəsi vücudun stabilikliyini artırır və hərəkətlərin daha effektiv şəkildə yerinə yetirilməsinə kömək edir. Bu həmçinin bədən duruşunun yaxşılaşmasına, bel ağrılarının azalmasına və ümumi gücün artmasına səbəb olur.Pilates metodu hər bir insana uyğun olaraq öyrədilir və məşqlərin həmin şəxs üçün uyğun olduğundan əmin olmaq üçün mütəmadi olaraq yenidən qiymətləndirilir. Fərdi diqqətə görə, bu üsul elit idmançılardan tutmuş hərəkət qabiliyyəti məhdud olanlara, hamilə qadınlara və fiziki hazırlıq səviyyəsi aşağı olan insanlara qədər hər kəsə uyğun ola bilər. Hamiləlik zamanı pilates təhlükəsiz və effektiv bir məşqdir. Pelvik əzələləri gücləndirərək doğum prosesini asanlaşdırır və bədən balansını qorumağa kömək edir. Həmçinin, hamiləlik dövründə baş verən bədən dəyişikliklərinə uyğunlaşmağa dəstək verir.Pilatesi həm evdə fərdi olaraq həm də trener ilə birlikdə edə bilərsiniz. Son zamanlarda idman növləri arasında görülən nəticəyə görə pilates daha çox üstünlük təşkil edir.Bədəninizin və ruhunuzun sağlam qalmasının yolu pilatesdən keçir.Bir neçə növü olan pilatesin son zamanlar ən çox yayılmış forması reformer pilatesdir. Reformer pilates trenerin köməkliyi ilə və daha sonra fərdi şəkildə edilir.Xüsusi bir avadanlıq üzərində aparılan pilates növüdür. Reformer adı verilən bu avadanlıq, müqavimət yaradaraq daha effektiv məşqlər etməyə imkan verir. Araşdırmalara görə pilates yuxu rejimini qaydaya salır, depresiyaya meyilli insanların pilates ilə məşğul olması müsbət nəticələr verir. Pilates həm də zehin-bədən əlaqəsini gücləndirir və stresin azaldılmasına kömək edir. Nəfəs alma texnikaları və nəzarətli hərəkətlər zehni rahatlaşdırır və diqqəti artırır. Hər bir hərəkətə tam konsentrasiya tələb edən pilates zehni məşq də hesab olunur. Bu da pilatesin zehni aydınlıq və diqqət səviyyəsini artırma təsirini gücləndirir.Pilates əzələləri elastikləşdirərək, gündəlik fəaliyyətlərdə və idman zamanı daha geniş hərəkət diapazonu yaradır. Müntəzəm şəkildə pilates etməklə əzələlərin və oynaqların elastikliyi artır, bu da zədələnmə riskini minimuma endirir. Eyni zamanda, balansın yaxşılaşması ilə bədənin koordinasiyası və hərəkətləri daha stabil olur.Faydaları saymaqla bitməyən pilateslə tanış olmağınız üçün heç bir zaman gec deyil.Yaş həddi yoxdur hətta hamilə insanlar üçün də xüsusi məşq proqramları mövcuddur.